Skip to Content

MƏXFILIK BƏYANNAMƏSI

1. Ümumi

Henkel AG & Co. KGaA (bundan sonra “Henkel” adlanacaq) bizim saytımıza daxil olan hər bir şəxsin məxfi məlumatlarına hörmətlə yanaşır. İndi isə biz siz Henkel tərəfindən toplanan şəxsi məlumatlar barədə məlumatlandırmaq istəyirik. Siz həmçinin bu məlumatların düzgünlüyünü yoxlamaq üsullarını və Henkel tərəfindən bu məlumatların silinməsinin təşkili yollarını da öyrənəcəksiniz. Məlumatlar məlumatların işlənməsi üzrə bölmənin yerləşdiyi ölkənin şəxsi məlumatların qorunması üzrə qaydalarına uyğun olaraq toplanır, işlənir və istifadə edilir.  Biz uyğunluğun təmin edilməsi üçün tələb edilən bütün zəruri tədbirləri görürük.

Məxfilik Bəyannaməsi Henkel vebsaytlarında olan hiperlinklərdən daxil olduğunuz saytlara tətbiq edilmir.

2. Şəxsi məlumatların toplanması, istifadəsi və işlənməsi

Siz könüllü olaraq məlumatları daxil etməyə və ya buna razılıq verməyə qərar verdiyiniz təqdirdə biz konkret bir şəxsə aid məlumatları yalnız emal və istifadə məqsədləri üçün toplayırıq. Bununla siz aşağıdakı istifadə şərtlərini qəbul etmiş olursunuz. 

Siz saytımıza daxil olduğunuz zaman müəyyən məlumatlar sistem administrasiyası və ya arxivləşdirmə məqsədləri üçün avtomatik olaraq serverimizdə saxlanılır. Bu məlumatlara sizin internet provayderinizin adı, bəzi hallarda IP ünvanınız, brauzerinizin istifadə etdiyi proqramın versiyası, kompüterinizin bizim saytımıza daxil olmaq üçün istifadə etdiyi əməliyyat sistemi, bizim saytımıza daxil olmaq üçün istifadə etdiyiniz vebsayt, bizim saytımızda olarkən daxil olduğunuz digər saytlar və əgər mümkünsə vebsaytımızı tapmaq üçün istifadə etdiyiniz axtarış şərtləri daxildir. Vəziyyətdən asılı olaraq bu cür məlumatlar sayta daxil olan müəyyən istifadəçilər haqqında həmin nəticələrin tərtib edilməsinə imkan verə bilər. Lakin bu kontekstdə hər hansı bir şəxsi məlumatdan istifadə edilmir. Bu məlumatlar yalnız anonim hala salındıqdan sonra istifadə edilə bilər. Henkel məlumatları xarici xidmət provayderinə ötürdüyü təqdirdə onların ötürülməsinin məlumatların qorunması ilə bağlı qaydalara uyğun olaraq aparıldığından əmin olmaq üçün texniki və təşkilati tədbirlər görülməlidir.

Əgər siz könüllü olaraq öz şəxsi məlumatlarınızı bizə verirsinizsə biz həmin məlumatlardan qanunla və sizin icazə haqqında bəyannamənizlə icazə verilən həddən çox istifadə edilməsinə, işlənməsinə və ya ötürülməsinə yol vermirik. Bundan əlavə biz sizin məlumatlarınızın ötürülməsinə yalnız rəsmi və ya məhkəmə qaydasında məcbur olduğumuz zaman yol veririk.

Bu Məxfilik Bəyannaməsinə edilən hər hansı bir dəyişiklik bu səhifədə dərc olunacaq. Bununla da siz istənilən vaxt səhifəyə daxil olaraq hansı məlumatları yaddaşda saxladığımızı və bu məlumatları necə topladığımızı və istifadə etdiyimizi öyrənə bilərsiniz.

3. Təhlükəsizlik

Henkel sizin məlumatlarınızı çox təhlükəsizlik bir şəkildə yaddaşda saxlayır və həmin məlumatların itmə, sui-istifadə edilmə və ya dəyişdirilmə kimi təhlüəkələrdən mühafizə edilməsi üçün bütün ehtiyat tədbirlərini görür. Henkelin adından sizə xidmətlər təmin etmək məqsədilə sizin məlumatlarınıza daxil olmaq üçün icazəsi olan Henkelin müqavilə üzrə tərədaşları həmin məlumatların məxfiliyinin qorunmasını təmin etməli və onları başqa məqsədlər üçün istifadə etməməlidirlər. Bəzi zəruri hallarda sizin sorğularınızı Henkelin digər filiallarına ötürə bilərik. Həmin hallarda məlumatlarınızın məxfiliyi qorunacaq.

4. Uşaqların şəxsi məlumatları

Henkel 14 yaşdan aşağı uşaqların məlumatlarını toplamağı arzu etmir. Zəruri olduqda Henkel uşaqların Henkelə heç bir şəxsi məlumat göndərməmələri üçün onların diqqətini müvafiq yerə çəkəcək. Valideynlər və ya qanuni qəyyumlar onların himayəsi altında olan uşaqların öz şəxsi məlumatlarını Henkelə ötürdüklərini öyrəndikdə, əgər bu məlumatların silinməsini istəyirlərsə aşağıdakı ünvandan (6) bizə müraciət edə bilərlər. Daha sonra biz gecikdirmədən bu məlumatların silinməsini təşkil edirik.

5. Cookie-lər

Bu saytda istifadə edilən cookie-lər barədə daha ətraflı məlumat almaq istəyirsinizsə bu linkə daxil olun (<<cookie səhifəsinə keçid üçün link>>)

6. Veb izləmə

(1) Bu sayt məlumatları marketinq və optimallaşdırma məqsədləri üçün toplayır və saxlayır.

Bu məlumatlar psevdonim istifadəçi profilləri yaratmaq üçün istifadə edilir. Bİz cookie-lərdən bu məqsədlə istifadə edirik. Cookie-lər sayəsində sizin veb brauzerinizi tanıyırıq.

Bu cür cookie-lər vasitəsilə yaradılan, vebsaytın istifadəsi ilə bağlı məlumatlar ABŞ-ın Google şirkəti tərəfindən idarə edilən serverə ötürülür və orada saxlanılır. Yaradılan məlumatlar sizi tanımaq üçün istifadə edilmir və həmin məlumatlar sizinlə bağlı şəxsi məlumatlarla tamamlanır. 

Sizin IP ünvanınız BŞ-a ötürülməzdən əvvəl Avropa İttifaqına üzv dövlətlərində və Avropa İqtisadi Zonasına daxil olan dövlətlərdə Google tərəfindən kəsilir. Yalnız bəzi istisna hallarda tam IP ünvan daha sonra kəsiləcək ABŞ-da Google serverlərinə ötürülür.   

Məlumatların toplanması və saxlanması ilə bağlı razılığınızı istənilən vaxt geir ala bilərsiniz.

Sizdən Google-dan bu link vasitəsilə müvafiq proqramı yükləməyiniz tələb olunur.

Siz brauzerinizdə bu proqramı quraşdırdıqda həmin proqram  Google-ın JavaScript Koduna (ga.js) bildirir ki, o Google Analytics-ə veb sayta daxil olma ilə bağlı heç bir məlumat verməsin.

Bundan əlavə brauzeriniz və ya mobil cihazlarınız üçün həmin proqramı quraşdırmaq, gələcəkdə bu veb saytdakı məlumatların qeydiyyatını dayandırmaq (bu imtina yalnız mövcud brauzerə və bu domenə aid edilir)  üçün bu linkdən his link istifadə edə bilərsiniz. Bu üsulla brauzerinizdə həmin növ cookie saxlanılır. Brauzerinizdən cookie-ləri silsəniz bu linkdən yenidən istifadə etməli olacaqsınız.     

Veb izləmə barədə daha ətraflı məlumat almaq üçün Google-ın bu linkinə data privacy policy istinad edin.

(2) Bizim istifadə etdiyimiz qoşa klik xidməti Google Inc., 1600 Amphitheatre Parkway, Mountain View, CA 94043 tərəfindən müvafiq reklamları sizə nümayiş etdirmək üçün təmin edilir. Bu məqsədlə hər hansı bir şəxsi məlumatı özündə əks etdirməyən cookie-lərdən istifadə olunur. Bu cookie-lərin yaradılması üçün sizin IP ünvanınızdan da istifadə ediləcək. Qoşa kliklə yaranan cookie-lər ekranda olan və digər reklamlara nəzarət etmək üçün brauzeriniz üçün təyin edilmiş ləqəb (psevdonim) nömrəsindən istifadə edir. Bu isə Google və onun partnyor saytlarına Henkel saytının səhifələrina və başqa saytlara əvvəlki baxışlara əsaslanan reklamları nümayiş etdirmək üçün imkan yaradır. Google qoşa kliklə yaranan cookie-lərdən toplanan məlumatları xarici ölkələrdə ola biləcək serverə ötürür və yadda saxlayır.

Qoşa Kliklə toplanan məlumatlar qanunvericilik və Henkelin məlumatların işlənməsi prosesi üzrə Google ilə bağladığı müqaviləyə uyğun olaraq üçüncü şəxslərə ötürülə bilər. Henkel saytına daxil olmaqla siz yuxarıda qeyd olunan məlumatlar və əvvəl təsvir edilən, Google tərəfindən həyata keçirilən məlumatların işlənməsi prosesindən istifadə olunması ilə razılaşırsınız.

Cookie-lərin brauzerinizin tənzimləmələr bölməsində saxlanılmasının qarşısını ala bilərsiniz.  Əgər siz ümumilikdə cookie-lərdən istifadə edilməsi ilə razılaşırsınızsa, lakin qoşa kliklə yaranan cookie-lərin istifadəsi ilə bağla narahatlığınız varsa bu linkə daxil olun (www.google.com/settings/ads/onweb) və Google-ın qoşa klik xidmətini deaktiv etmək üçün oradakı proqramı yükləyin və quraşdırın.

7. İstəkləriniz və sorğularınız/Məlumatların mühafizəsi üzrə məsul şəxs

Saxlanılmış məlumatar qanuni və ya müqavilə üzrə müraciət etmə müddəti bitdikdə və ya Henkel artıq həmin tələbi irəli sürmədikdə Henkel tərəfindən silinir. Əlbəttə ki, istənilən vaxt məlumatların silinməsi üçün müraciət edə bilərsiniz. Siz həmçinin istənilən vaxt şəxsi məlumatlarınızın istifadəsi və işlənməsi ilə bağlı verdiyiniz razılığı geri götürmək hüququna maliksiniz.

Şəxsi məlumatlarla bağlı bu və ya digər hallarda, zəhmət olmasa məlumatların mühafizəsi üzrə məsul şəxsə, Cənab Frank Liebich, Henkelstrasse 67, D 40191 Düsseldorf, Almaniya (E-Mail: Datenschutz@henkel.com) e-poçt və ya məktubla müraciət edin.

Sizinlə bağlı sistemdə hər hansı bir məlumat saxladığımızı, əgər saxlamışıqsa onun hansı məlumat olduğunu öyrənmək üçün də bizə müraciət edə bilərsiniz. Sizin istəklərinizi yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik.

8. İşlənmə barədə dövlət qeydləri

Məlumatların Mühafizəsi üzrə Federativ Aktın 9-cu bəndində göstərilir ki, aşağıdakı məlumatlar məlumatların mühafizəsi üzrə məsul şəxs tərəfindən 4-cü bəndə uyğun olaraq müvafiq qaydada hər kəsə təqdim edilə bilər:

(1) Məsul müəssisənin adı:

Henkel AG & Co. KGaA

(2) Şəxsən məsul tərəfdaş / İdarə Heyəti: Henkel Management AG

Henkel Management AG
Carsten Knobel (Sədr)

Marco Swoboda

Sylvie Nicol

Wolfgang König

Mark Dorn

Məlumatların İşlənməsi Üzrə Korporasiyanın Baş Vitse-Prezidenti: 

Joachim Jaeckle

(3) Məsul müəssisənin ünvanı:

40191 Düsseldorf, Almaniya

(4) Məlumatların toplanması, işlənməsi və ya istifadəsi üzrə nəzərdə tutulmuş məqsəd:

Korporasiyanın məqsədi bütün növ kimyəvi məhsulların istehsalı və paylanması, xüsusilə də aşağıdakı növ məhsullar

  • yuyucu vasitələr, təmizləyici vasitələr, dəriyə qayğı göstərmək üçün istifadə edilən məhsullar, kimyəvi xam maddələr, yapışqan maddələr və kimyəvi sənaye məhsulları
  • personal care products and cosmetics, pharmaceutical products şəxsi qulluq məhsulları və kosmetik vasitələr
  • ərzaq məhsulları, qablaşdırma materialları
  • texniki avadanlıq və qurğular
  • Kənd təsərrüfatı üçün və meşə ərazisi kimi istifadə edilən torpaqlar daxil olmaqla daşınmaz əmlakın əldə edilməsi və idarəsi 

Korporasiya hər cür yerli və xarici şirkəti əldə edə və ya onlara qoşula bilər və korporasiyanın məqsədlərinə uyğun hər hansı bir iş və ya fəaliyyətlə məşğul ola bilər.

(5) Təsirə məruz qalan şəxslərin təsviri və müvafiq məlumat və ya məlumat kateqoriyaları:

Müvafiq olaraq müştərilər, işçilər, pensiyaçılar, filial şirkətlərin işçiləri, xarici şirkətlərin işçiləri (subpodratçılar), lizinq personalı, iş üçün müraciət edənlər, xarici investorlar və ya varislər, təchizatçılar və xidmət provayderləri, xarici müştərilər, istehlakçılar, istehlak üzrə keçirilən sınaqların könüllüləri, korporasiya ərazisinə baş çəkənlər, investorlar, habelə maliyyə analistləri və ya səhmdarlarla bağlı 7-ci bənddə göstərilən məqsədlərin yerinə yetirilməsi üçün zəruri olan məlumatlar (4). 

(6) Məlumatların açıqlana biləcəyi şəxslər və şəxslərin kateqoriyaları:

Hökumət orqanları, tibbi sığorta fondları, müvafiq hüquqi qaydalar mövcud olduğu təqdirdə işəgötürənlərin məsuliyyət birliyi, 11-ci bəndə BDSG uyğun olaraq fəaliyyət göstərən xarici podratçılar, xarici xidmət təminatçıları, Henkel pensiyaçıları birliyi, filial şirkətlər və daxili şöbələrlə bağlı 7-ci bənddə göstərilən məqsədlərin yerinə yetirilməsi üçün zəruri olan məlumatlar (4).

(7) Məlumatların silinməsi üçün müəyyən edilən müntəzəm tarixlər:

Qanunverici komssiyanın üzvləri məlumatların saxlanması üçün geniş həcmli vəzifə və müddət təyin etmişdir.  Təyin edilmiş müddət bitdikdən sonra bu məlumatlar həmişəki kimi silinir. 7. (4) -ci bənddə göstərilən məqsədlər mövcud olmadıqda, bu cür müddəaların təsirinə məruz qalan məlumatlar silinir.

(8) Məlumatların üçüncü şəxslərə planlaşdırılmış şəkildə ötürülməsi:

Qlobal İR məlumat sisteminin bir hissəsi kimi, kadr məlumatları üçüncü ölkələrdə seçilmiş idarəetmə rəhbərlərinə təqdim edilməlidir. AB standartlarına uyğun olaraq bağlanmış, məlumatların mühafizəsi üzrə müvafiq müqavilələr müvafiq şirkətlərlə müqavilə əsasında razılaşdırılacaq.