Biz hamam otağımızda çox vaxt keçiririk, bu səbəbdən də ondan xüsusi məkan tərtib etmək üçün müəyyən səylər göstərilməlidir. Onu söhbət mövzusu edin, onu gözəlləşdirin, onu qonaqlarınıza göstərəcəyiniz və qürur duyacağınız məkana çevirin.
Ayaqyolu otağınıza tamamilə yeni görkəm verməyi və ya bir neçə məsləhət və vasitələrdən istifadə etməyi planlaşdırdığınızdan asılı olmayaraq, ona bəzək verilməsi üçün evinizdə "ən balaca otağın" dəyişməsinə yardım edəcək bəzi ideyaları topladıq.
Əgər təbii materialların istifadə edildiyi təmiz, doldurulmamış interyerdən xoşlanırsınızsa, o zaman Skandinav üslubunda vanna otağı məhz Sizin üçündür. Skandinav üslubunda interyer açıq hava məkanı üçün yaxşı uyğunlaşır. Sadə, lakin isti abu-havanın yaradılması üçün təbii oduncaq ağ plitkalarla və ayaqyolu mebeli ilə uyğun gəlir.
Bu Skandinav üslubu nisbətən ucuz başa gələr. Ağ mina və sadə odun daha ucuz materiallara aiddir. Əgər artıq bəyaz hamam otağınız vardırsa, deməli, başlanğıc qoyulmuşdur. Sadəcə taxta rəflər və mizüstü taxtaları əlavə edin, və Beatles-in məhşur "Norwegian Wood" mahnısındakı kimi, Siz Skandinav üslubunda vanna otağınızı əldə edəcəksiniz.
Kənd üslubu Sizin zövqünüzcə yarada biləcəyiniz üslubdur. Bu üsluba bir qayda olaraq qədim aksessuarlar və çıraqlarla, səliqəli yığılmış mebelsiz, kənarlarda azacıq kobudluq xassdır. Əslində isə, ən autentik kənd üslubları bir qədər "səliqəsizdir" və onlara kənarda duran mebel xassdır.
Əgər hazırkı vanna otağınız bir qədər çılpaq durursa, bir neçə köhnə taxta əşyaları əlavə edərək ona rahat istilik qata bilərsiniz. Kobud rənqlənmiş balaca dolabı ya da, olsun ki, süni köhnəldilmiş taxta çərçivəli aynanı divardan asın yaxud müasir melamin blokunuzu köhnə sandıqla əvəz edin.
Əgər Siz evin digər hissəsində öz arzularınızın ardınca gedən olduqca təvazökar gizli divasınızsa, o zaman həqiqətən öz vanna otağınızda reallaşmalısınız. Hamam otağında pis zövq kimi bir şey yoxdur. Burada zövqsüzlük, nə qədər ironik səslənsə də, şən zarafata çevrilir.
Belə ki, çılçıraqlardan, barokko üslubunda aynalardan, inkrustasiyalı kranlardan, məxməri "taxtlardan" qurtulun və ayaqyolu otağınızı rahatlıq sarayına çevirin. Sizin şəxsi Versalınız.
Təmiz otaq, aydın şüur, təmiz ayaqyolu. İdeal təmiz yaşayış ortamı İistəyirsinizsə, vanna otağınızın interyerinə minimalist yanaşma Sizə müəyyən üsluba nail olmaqda və vanna otağınızı asanlıqla təmiz saxlamaqda yardım edər. Sadə xətlər, minimal səthlər, ayrıca düzülən qablar və camlar, monoton rənglər bütünlüklə minimalist üslub üçün tipikdir.
Minimalizm otağı həddindən artıq dolduran hər şeydən amansızca qurtulmaq deməkdir. Bütün lazımsız aksesuarları çıxarın, kilimləri zirzəmiyə aparın və divar və döçəmələri aydın və sadə tonlarda edin. Belə minimalist üslubun öz təsirini göstərməsi üçün interyerdə səliqəli işlənmiş elementlərlə aydın və dəqiq xətlər olmalıdır.
Otaq bitkiləri istənilən vanna otağını bəzəmək üçün əla üsuldur və onlar kifayət qədər çox olduqda, vanna otağınızın əsas məzmununu müəyyən edə bilər.
Qeyri-adi bir çey yaratmaq üçün bu, sadə və nisbətən sərfəli üsuldur. Bundan əlavə, bir çox bitkilər nəmişliyi sevir və onların şirin qoxusu xoşagəlməz qoxuları gizlətməyə yardım edə bilər.
Lakin nəzərə alın ki, bitkilərə çoxlu diqqət yetirmə lazımdır. Əgər qulluq göstərmək üçün çox səy sərf etməyinizə ehtiyac yaranmayacaq bir vanna otağı istəyirsinizsə, bu Sizə görə deyil.
Əgər Siz həqiqətən də imperator sayağı üslubda olan ayaqyolu otaqlarından xoşlanırsınızsa, o zaman eleqant vanna yaşayış məkanınza həqiqətən də əzəmətli görünüş verə bilər. Baha bəzədilmiş döşəməli və cilalanmış borulu Viktorian üslubda olan vanna otaqları yenə dəbdədir. Onlar vanna otağınıza təmtəraq, üslub və zəriflik gətirir.
Bu, həqiqətən də iri məkan üçün uyğun gələn bir dekor seçimidir. Bu vanna onunla hərtərəfli heyran olunmasını istəyir və onu eyni tonda olan müxtəlif qablar və mebellə tərtib etmək lazımdır.
Əgər Sizə hansı üslubun uyğun gəldiyini müəyyən etməmisinizsə və ya yenidən təchiz etməyə hazır deyilsinizsə, o zaman, çoxlu vaxt, vəsait və əmək sərf etmədən, ayaqyolunuzda dekorativ əşyaların ağıllı şəkildə yerləşdirilməsi də olduqca çox əhəmiyyətli olar.
Ayna və ya duş üçün yeni pərdə kimi, tək nümunədə olan əşyalardan başlayaraq və təzə çiçəklər kimi xırda gündəlik detallarla qurtararaq, vannanızı yaxşılaşdırmaq üçün Sizin etməli olduğunuz şey yalnız onun haqda düşünməkdir.
Hamam otağında ayna vacibdir. Niyə də ondan xüsusi bir şey edilməsin?
Rəngarəng duş üçün pərdə hamam otağınızı kökündən dəyişə bilər.
Ətirli qatışıqlar böyük zahiri təsir, həmçinin xoş qoxu verə bilər.
Güldan və güllər istənilən hamam otağını bəzəyə bilər.
Rəngləri dekorunuzda olan məhrəbaların rənglərilə uyğunlaşdırın - bu çox rahatdır!
"Vannanızı yaxşılaşdırmaq üçün yalnız onun haqda düşünməyiniz lazım" - vanna otağınızın yeni şəklə salınması üzrə sadə məsləhətlər