Tutulmuş ayaqyolu görmək istədiyiniz bir iş deyil. Bu, xoşagəlməzdir, natəmizdir və böyük zərbə vura biləcək vəziyyətdir. Tökülmə ilə olan unitazlarda buna nadir halda rast gəlinsə də, ən yaxşısı yaranma ehtimalını azaltmaq üçün mümkün olanı etməkdir.
Xoşbəxtlikdən, unitazınızın əhəng qatının əmələ gəlməsindən qorunmağına və yuyulmanın yaxşı işlədiyinə əmin olmaq üçün tədbir götürəcəyiniz bir çox preventiv ölçülər var. Ayaqyolunuzun tutulmasının qarşısını almaq və, əgər artıq tutulubsa, nə etməli haqda məsləhətlərilə Sizlərə ilk 7 tövsiyəni sadaladıq.
Tıxanma hallarının əksəriyyəti unitaza ora düşməsi labüd olmayan bir şeyin düşdüyünə görədir. Buna görə də, ayaqyolunun tıxanmasının qarşısını almaq üçün ən yaxşı üsul diqqətli olmalı və ailənizdə olan hər kəsin ayaqyolunun bir zibil qutusu olmadığını bildiyindən əmin olun: ora nə gəldi atmaq olmaz!
Qonaqlar da ayaqyolunun tıxanma təhlükəsi barədə xəbərdar olmalıdır, baxmayaraq ki, bu bir az utandıra bilər. Qonaqlara ayaqyolundan necə istifadə etməli olduğunu söyləmək çətindir və əgər xoşagəlməz hal baş verərsə, qonaqlar ora lazımsız bir şey düşürdüklərini etiraf etmək üçün çox utana bilərlər.
Qarışıqlıq və utancaqlığın qarşısını almaq üçün niyə də bir lövhə asmayasınız? Qonaqlarınıza və ailənizin digər üzvlərinə gigiyenik məhrəbalar, pambıq topaları, nəm salfetlər və diş sapı kimi əşyaların ayaqyolunun tıxanmasına səbəb ola biləcəyini və zibil qutusuna atılmalarını xatırlatmaq üçün əla üsuldur.
Nəhayət, əgər Siz müntəzəm tıxanma ilə bağlı problemlərlə qarşılaşırsınızsa, istifadə etdiyiniz tualet kağızının dəyişdirilməsi barədə də düşünə bilərsiniz. Daha əlverişli olduğu deyilən qalın ikiqat kağız bəzən tək bir yuyulma üçün çox olduğu təqdirdə ayaqyolunun tıxanmasına səbəb ola bilər.
Ayaqyolunuzun müntəzəm təmizlənməsi və texniki xidmət edilməsi də onun tıxanmasına mane olur. Unitazda yuyulmanın tam qüvvə ilə olduğuna əmin olmaq üçün (və buna görə də tıxanma ehtimalı azalır) unitaz gözünün alt kənarını təmizləyin. Suyun girəcəyi dəliklər zamanla tıxanmış ola bilər.
Əlçatan olduğu halda, vaxtaşırı su çəlləyinin təmizlənməsi də məsləhət görülür. Yosunların artması suyun sərbəst axmasına mane olan və ya mexanizmin tutulması nöqtəsinə gəldiyi halda, ayaqyolunun tıxanması ilə bağlı problemlər başlaya bilər. Bref Duo Cubes kimi su çəlləyi üçün həblərin istifadəsi yosunların yığılmasının qarşısını almağa kömək edir, ancaq suyun unitazınızın su çəlləyindən boşaldılması və ən azı ildə bir dəfə fırça ilə əsaslı təmizlənməsi yaxşı olardı.
Əhəng qatı unitazınızda çirkin qəhvəyi ləkələrin əsas səbəbidir və sifondan (U-şəkilli döngə) suyun sərbəst axınını məhdudlaşdıraraq tıxanmasına imkan yarada bilər.
Bütün suların, xüsusilə də cod suların tərkibində boruların və unitazın divarlarına yığılıb çökməyə meylli olan minerallar (kalsium, əhəng, maqnezium və dəmir kimi) var. Əhəng qatı su buxarlanarkən və bu mineralların qaldığı vaxt meydana gəlir. Daha sonra çöküntü yavaş-yavaş artaraq özünə çirk və bakteriyaları çəkir.
Bu əhəng qatı unitazınızın görünüşünü korlayıb gigiyenaya mənfi təsir etdiyi azmış kimi, həm də boruların daralmasına və potensial tıxanmalara səbəb olur. Bunun Sizin üçün problem ola biləcəyi dərəcə yaşayış yerinizdə suyun nə qədər cod olduğundan asılıdır. Hətta nisbətən yumşaq suyu olan ərazilərdə ayaqyolunuzun əhəng qatından təmizlənməsi yaxşı fikirdir, cod sular olan ərazilərdə isə bu zəruridir.
Əhəng qatının əmələ gəlməsinin qarşısının alınması unitaz üçün təmizləyici vasitələrin daimi istifadəsilə və həmçinin ayaqyolu çəlləyi üçün həblərlə təmin edilə bilər. Onlar ilk növbədə ərpin yığılmasına qarşı mübarizə aparmağa kömək edir və quraşdırması ilə istifadəsi çox asandır. Çəlləkdəki həblər xüsusilə effektivdirlər, çünki onlar birbaşa suyun unitaza keçdiyi ayaqyolu çəlləyində və kiçik dəliklərdə, həmçinin unitazın əsas hissəsində ərplə bilavasitə mübarizə aparırlar.
Vəziyyət artıq çox irəliləyibsə və ayaqyolunuzda əhəng qatından necə xilas olacağınızı bilmək istəyirsinizsə, Bref 10x Effect Power Gel ilə onun təmizlənməsi üzərində çalışmalısınız. Bu turşu əsasında olan təmizləyici vasitə ləkələri həll edir və hopdurma vasitəsilə bütün kirləri cəld aradan qaldırır, hərçənd ki, ən köhnəlmiş ərp qatından başqa.
Yuyulma ilə olan unitazlar böyük miqdarda suyun dərhal sərbəst şəkildə buraxıldığı və beləliklə, U şəklində bir əyri/ sifon vasitəsilə hərəkət etdirərək unitazın tərkibini aşağıya çəkmə prinsipi üzrə çalışır. Su miqdarı kifayət qədər deyilsə, tıxanmaya səbəb ola biləcək axın gücünün prosesin tamamlaması üçün yetərincə olmadığı deməkdir.
İkiqat yuyulma sistemlərilə və bir çox ev təsərrüfatında çəlləkdə kərpicin yerləşdirilməsilə, ekolji problemlər tualetimizdə suyun istifadəsinə dair sanksiyaların sərtləşdirilməsinə gətirib çıxardı. Bu tədbirlər, bir qayda olaraq, uğurludur, lakin su saxlayıcı qurğunun quraşdırılmasından sonra tıxanma yaranarsa, məhz bu qurğunun buna səbəb olacağını bilin.
Əgər təsadüfən hansısa əşya tualetinizə düşərsə, iyrənməyin, onu götürmək məcburiyyətindəsiniz! Bu dəhşətli görünə bilər, ancaq bir neçə saniyəlik xoşagəlməz hisslər Sizi gələcəkdəki daha böyük xoşagəlməz hallardan qurtara bilər. Sifonun digər tərəfindən saç darağı və ya diş məcunu yox olan kimi onun aradan qaldırılması üçün çox işlər görməli olacaqsınız.
Həmişə tualetin yanında vantuz saxlayın.
Həmçinin tualetinizin yanında hər zaman vantuz saxlamaq çox vacibdir. Tualetin tıxanmış olduğunu düşündüyünüzdə və ya bilmədiyiniz kənar əşyanın ora düşdüyünü anlayan kimi istifadə edin. Vantuzla bir neçə hərəkət, çox güman, problemləri aradan qaldıracaq və su yenidən borulardan rahat keçiriləcəkdir.
Hər hansı bir probleminiz olduğu təqdirdə, yuyulmanı sıxmayın!
Yuyulmanı sıxdığınız an təkrar sıxma çox cəlb edicidir, ancaq getmək əvəzinə tualetinizin tərkibinin sizə doğru qalxdığını görürsünüz. Ancaq bu ən pis qərardır. Ən azından yuyulmanı sıxacağınıza kimi suyun səviyyəsinin enməyini gözləyin. Ən yaxşısı, dərhal vantuzu işə salın və problemi birbaşa həll etməyə çalışın.
Vantuz işə yaramadıqda və tualetinizin hələ də tıxanması davam etdikdə, yəqin ki, bacardığınız qədər tez peşəkara müraciət etmək vaxtıdır. Tutulmuş ayaqyolu təkcə natəmiz yox, həm də sizin və qonşularınızın evinə daşması üçün potensial təhlükəlidir.
Tıxanmış ayaqyolu təhlükəsi.
Ayaqyolunda sular yaxşı keçmir, bu da döşəmə örtüklərinə zərər verə bilər, su evin digər hissələrinə və ya hətta digər otaqlara və mənzillərə daxil ola bilər. Bu vəziyyətin həllində ən pis hallarda məsuliyyət əhəmiyyətlidir.
Ən çox hallarda tıxanmış tualet sadəcə bir səliqəsizlik yaradır, pis qoxuyur və təmizlənməsinə srəf edilən xeyli narahatlığa və məsrəflərə səbəb olur.
Peşakarın vaxtında müdaxiləsi Sizi bir çox problemlərdən xilas edə bilər.
Unitaz tutulub?
Xoşagəlməz halla və zərərlə necə qarşılaşmamaq...
Bu problemi necə cəld və təhlükəsiz qaydasına qoyulmasını öyrənin